Çin koronavirusla mübarizəyə ayırdığı vəsaiti açıqladı

Çin koronavirusla mübarizəyə ayırdığı vəsaiti açıqladı

Çin hökumətinin yeni koronavirus epidemiyasına nəzarət tədbirləri üçün bütün səviyyələrdə ayırdığı maliyyə vəsait 80,55 milyard yuan (11,5 milyard ABŞ dolları) təşkil edir.

Axeber.az “Yicai Global”a istinadən xəbər verir ki, bu barədə Çinin maliyyə nazirinin köməkçisi Ou Venhan mətbuat konfransında bildirib.

Nazirlik rəsmisinin dediyinə görə, həmin vəsaitin 41 milyardı artıq xərclənib, 25,9 milyard yuan isə səhiyyə xidmətlərini təkmilləşdirmək, yeni tibbi avadanlıq və qoruma vasitələrinin alınması kimi işlərə sərf ediləcək.