Oqtay Şirəliyev koronavirusdan danışdı

Oqtay Şirəliyev koronavirusdan danışdı

Bu gün ÜST-ün Avropa üzrə Regional Komitəsinin 70-ci sessiyası öz işinə başlayıb.


Səhiyyə Nazirliyindənn Axeber.az-a bildirilib ki, tədbirdə Azərbaycanı Səhiyyə naziri Oqtay Şirəliyev təmsil edir və o, ölkənin COVID-a qarşı mübarizə tədbirləri ilə bağlı çıxış edib.

Qeyd edək ki, ÜST-ün Avropa üzrə Regional Komitəsinin sessiyası bu il 14-15 sentyabr tarixində virtual olaraq keçirilir və Azərbaycan da daxil olmaqla, Avropadakı ölkələrə COVID-19 pandemiyası kimi qlobal səhiyyə məsələləri ilə bağlı müzakirələr aparmaq üçün imkan yaradır.

Bu komitədə qəbul olunan qərarlar ÜST Avropa regionunda yaşayan 900 milyon insanın sağlamlığına və rifahına təsir göstərə biləcək kollektiv öhdəlik yaradacaq.

Komitənin sessiyası 15 sentyabr 16:00-da yekunlaşacaq.

Loading...