Paşinyan 9 noyabr görüşündən niyə imtina edib?

Paşinyan 9 noyabr görüşündən niyə imtina edib?

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinlə noyabrın 9-da videokonfrans formatında üçtərəfli görüşdə iştirakdan imtina etməsinin səbəbini açıqlayıb.

Axeber.az xəbər verir ki, Paşinyan bunun səbəbini belə izah edib: 

“Bəli, noyabrın 9-da onlayn görüş keçirmək ideyası var idi, ancaq bu ideya problemli idi. Çünki 9 noyabr bizim üçün ağır gündür. Ancaq mən yenə də dedim ki, əgər konkret qərarlar, məsələn, erməni hərbçilərin qaytarılacağı məsələsi aydınlaşdırılacaqsa, 9 noyabr görüşünə razıyam. Amma bu görüşdə belə bir razılığın əldə oluna bilməyəcəyi məlum olanda görüşün noyabrın 15-nə təxirə salınmasını xahiş etdim. Sonra görüşün noyabrın 26-na təxirə salınması təklifi oldu, mən bununla razılaşdım”, - deyə Paşinyan qeyd edib.