Paşinyan Rusiyada Putinlə görüşəcək

Paşinyan Rusiyada Putinlə görüşəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.

Axeber.az xəbər verir ki, səfər zamanı Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək .

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiq edib:

“12 oktyabrda prezident Kremldə Dövlət Dumasının yeni seçilmiş deputatlarla ölkə üçün hansı məsələlərin önəmli olduğunu müzakirə edəcək. Eyni gündə Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirəcək”.