Penitensiar Xidmətin keçmiş əməkdaşlarından NÜMUNƏVİ ADDIM

Penitensiar Xidmətin keçmiş əməkdaşlarından NÜMUNƏVİ ADDIM

Penitensiar Ximdətin keçmiş əməkdaşları - Xaqani Mustafayev və Xaçmazda yerləşən "Xanbağı" restoranının sahibi, iş adamı Səbuhi Mirzəyev Quba Rayon Mərkəzi Xəstəxanasında olublar. 

Axeber.az-ın məlumatına görə, həmin şəxslər xəstəxanada koronavirusdan müalicə alan xəstələrə, tibb işçiləri və həkimlərə ərzaq yardımı göstəriblər. 

Göstərilən diqqətə görə xəstəxanda müalicə alan şəxslər və səhiyyə işçiləri X. Mustafayev və S. Mirzəyevə minnətdarlıqlarını bildiriblər.