Pensiyaların artırılması barədə RƏSMİ AÇIQLAMA

Pensiyaların artırılması barədə RƏSMİ AÇIQLAMA

"Azərbaycanda pensiya alanların yaşayış minimumundan bir neçə dəfə artıq pensiya alması hədəflənir".

Axeber.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.

Nazir bunun birbaşa əməhaqqı bazarından asılı olduğunu bildirib: "Əməkhaqları tam leqallaşmalı və burdan toplanan sosial sığorta haqları vətəndaşlara pensiya olaraq ödənilməlidir".