Polad Bülbüloğlu Şuşada "Gəl ey səhər"i oxudu - Video

Polad Bülbüloğlu Şuşada "Gəl ey səhər"i oxudu - Video

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Şuşaya səfər edib.

Axeber.az xəbər verir ki, səfir atası Bülbülün anadan olduğu və uşaqlıq illərini burada keçirdiyi evinə də baş çəkib.

O, məşhur "Gəl ey səhər" mahnısını ifa edib.

Təsirli səhnələrdən biri isə Polad Bülbülün əkdiyi ağacı qucaqlayaraq kövrəlib və bu ifadələri işlədib: "Şuşa, papa...Papanın əlləri dəyib bura".

Həmən İTV-nin hazırladığı videoreportajı təqdim edirik.