Polşada koronavirusdan ölənlərin sayı artıb

Polşada koronavirusdan ölənlərin sayı artıb

Polşada daha 152 nəfərdə koronavirus aşkarlanıb.

Axeber.az bildirir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, ölkədə qeydə alınan yoluxma hallarının sayı 5 000-ə yüksəlib.

Bundan başqa, ötən sutkada virus qurbanlarının sayında da artım müşahidə edilib. Belə ki, son 1 gündə virusdan ölənlərin sayı daha 7 nəfər artaraq 136-ya çatıb.

Qeyd edək ki, Polşada koronavirusa ilk yoluxma faktı martın 4-də qeydə alınıb.