Prezident: "Azərbaycan və Serbiya sözün əsl mənasında strateji tərəfdaşdırlar"

Prezident: "Azərbaycan və Serbiya sözün əsl mənasında strateji tərəfdaşdırlar"

"Serbiya ilə Azərbaycan arasında imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquq bazasını təşkil edir. Onların arasında, əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur".

Axeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Belqradda mətbuata bəyanatında bildirib.

“Biz sözün əsl mənasında strateji tərəfdaşıq”, - deyən dövlətimizin başçısı bildirib ki, ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir. Bizim əməkdaşlığımızın strateji hədəfləri var.