“Prezidentin fəaliyyəti dövlət-vətəndaş münasibətləri üçün bir nümunədir” - Yusif Bağırzadə

“Prezidentin fəaliyyəti dövlət-vətəndaş münasibətləri üçün bir nümunədir” - Yusif Bağırzadə

“Prezidentin fəaliyyəti dövlət-vətəndaş münasibətləri üçün bir nümunədir”

Bu fikirləri Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Prezident İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalı ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. O bildirib ki, prezidentin fəaliyyətində vətəndaş amili ən ön sırada dayanır.

“Prezidentin pandemiyanın yaratdığı problemlərin ölkə iqtisadiyyatına təsiri ilə bağlı fikirlərini şərh edərkən bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Dünya iqtisadiyyatına böyük zərbə vurulub və Azərbaycan da dünya iqtisadiyyatının bir parçası olduğu üçün təbii ki, bu, bizim vəziyyətimizə də mənfi təsir göstərmişdir. Lakin bütün dünyanın iqtisadi tənəzzül yaşadığı bir vaxtda, neftin qiymətinin kəskin ucuzlaçmasına və iqtisadiyyatın bir çox sahələrində geriləmələrin olmasına baxmayaraq Azərbaycanda heç bir sosial layihə təxirə salınmadı və ixtisar edilmədi. Təkcə bu fakt prezidentin fəaliyyətində vətəndaş amilin ən ön sırada dayandığını demək üçün kifayət edir”, - deyə Y.Bağırzadə qeyd edib.

Politoloqun sözlərinə görə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir: “Misal üçün, ən həssas təbəqəyə aid olan layihələr bu il daha böyük həcmdə icra edilir. Məcburi köçkünlər üçün rekord sayda binalar tikilməsi ilə bağlı müvafiq addımlar atılır və 7 mindən çox köçkün ailəsinin yeni mənzillərlə təmin edilməsi gözlənilir. Bu il həmçinin şəhid ailələri üçün rekord sayda - 1500 mənzilin, hərbçilər üçün 400-dən çox mənzilin tikilib istifadəyə verilməsi gözlənilir. Bütün bunlar bir daha onu göstərir ki, cənab prezident üçün ən öndə olan məsələ insanların həyatı və onların sağlamlığıdır. 
COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar dövlət tərəfindən həyata keçirilən bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədini daşıyır”.