Prokurorluq Sumqayıtdakı qətllə bağlı açıqlama yaydı

Prokurorluq Sumqayıtdakı qətllə bağlı açıqlama yaydı

Ötən gün Sumqayıtda baş vermiş qanlı insidentlə bağlı açıqlama verilib.

Şəhər prokurorluğundan Axeber.az-a daxil olan məlumata görə, sentyabrın 4-də saat 22 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən yataqxanada yaşayan Mehriban Cabbarova bıçaqlanaraq öldürülüb, anası Xatun Cabbarovaya isə bıçaqla xəsarətlər yetirilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla zərərçəkmişlərin tanışı Valeh İsgəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Mehriban Cabbarovaya bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə, sonuncunun anası Xatun Cabbarovaya isə bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 

Valeh İsgəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.