Putin Kremldə Paşinyanla görüşdü

Putin Kremldə Paşinyanla görüşdü

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Axeber.az-ın məlumatına görə, Putin Paşinyan ilə mütəmadi telefon danışıqları apardığını vurğulayıb. Regionda vəziyyətin nizamlanması barədə fikir mübadiləsi aparacaqlarını da deyib.

N. Paşinyan isə çıxışında Putin ilə dördüncü dəfə görüşdüyünü xatırladıb: “Regionda, ümumilikdə dünyada dinamik proseslər gedir. Çox vacibdir ki, müttəfiqlər tez-tez görüşsünlər, danışsınlar”.

O qeyd edib ki, hələlik regionda vəziyyətin tam sabitləşməsindən danışmaq olmaz. Baş nazir əlavə edib ki, regionun təhlükəsizliyinin təmin olunmasında Rusiya açar rolunu oynayır: “Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Əlbəttə ki, bütün bunlar vacib məsələlərdir”.