Putinlə Ərdoğan taxıl dəhlizi və regional prosesləri müzakirə etdi

Putinlə Ərdoğan taxıl dəhlizi və regional prosesləri müzakirə etdi

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

Axeber.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı apardığını qeyd edib.

Görüş barədə Türkiyə Prezident Administrasiyası da məlumat yayıb.

Bildirilib ki, danışıq zamanı ikitərəfli əlaqələr, taxıl dəhlizi və regional proseslər müzakirə olunub.