"Qalatasaray" klubu şəhidimiz Fərid Dursunovla bağlı paylaşım etdi

"Qalatasaray" klubu şəhidimiz Fərid Dursunovla bağlı paylaşım etdi

Türkiyənin "Qalatasaray" klubu İkinci Qarabağ müharibəsində şəhid olmuş Fərid Dursunov bağlı paylaşım edib.

Axeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi rəsmi tvitter hesabında bunları yazıb:

"Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə birlikdə "Qalatasaray" bayrağıda asın" deyən və vəsiyəti yerinə yetirilən şəhid Fərid Dursunov ilə birlikdə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. "Qalatasaray"lılıq ölməz".