"Qalatasaray"ın Bakıya gələcəyi vaxt bəlli oldu

"Qalatasaray"ın Bakıya gələcəyi vaxt bəlli oldu

Türkiyənin "Qalatasaray" klubunun "Neftçi"yə qarşı keçirəcəyi Avropa Liqasının II təsnifat mərhələsinin matçı üçün səfər proqramı bəlli olub. 


"Report"un məlumatına görə, İstanbul təmsilçisi sentyabrın 16-da Bakıya gələcək. "Sarı-qırmızılar" həmin oyun üçün iştirak ərizəsini də UEFA-ya göndərib. 

Baş məşqi Fatih Terim siyahıya 23 futbolçunun adını daxil edib. Bunlardan 2-si qapıçı, 7-si müdafiəçi, 11-i yarımmüdafiəçi, 3-ü hücumçudur.

Zədəli Fernando Muslera, Ahmet Çalık, Emre Taşdemir, Valentin Ozornvafor, Emre Akbaba, həmçinin yeni transferlər Kerem Aktürkoğlu və Oğulcan Çağlayan Bakıya gətirilməyəcək.

"Qalatasaray" "Neftçi" ilə matçın hazırlıqlarına isə dünən start verib.

Qapıçılar: Okan Kocuk, Fatih Öztürk

Müdafiəçilər: Şener Özbayraklı, Omar Elabdellaui, Martin Linnes, Rayan Donk, Kristian Luyindama, Marselo Saraççi, Markao.

Yarımmüdafiəçilər: Ömer Bayram, Taylan Antalyalı, Yunes Belhanda, Oqenekaro Etebo, Cimmi Durmaz, Emre Kılınç, Sofian Fequli, Rayan Babel, Yunus Akgün, Arda Turan, Jesse Sekidika.

Hücumçular: Radamel Falkao, Ali Yavuz Kol, Mbaye Diagne.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.

Loading...