“Qarabağ” yenə məğlub oldu - Yeniləndi

“Qarabağ” yenə məğlub oldu - Yeniləndi

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Qarabağ” - “Sivasspor” matçı başa çatıb. 

Axeber.az xəbər verir ki, təmsilçimiz oyun ərzində iki dəfə önə keçsə də, hər iki halda bu üstünlüyünü qoruya bilməyib və meydandan 2:3 hesablı məğlubiyyətlə ayrılıb. 

Bu, “Qarabağ”ın qrup mərhələsində dörd oyundan sonra dördüncü məğlubiyyəti olub

***

22:42

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Qarabağ” - “Sivasspor” matçında hesab dəyişib. 

Oyunun 40-cı dəqiqəsində nominal qonaqların hücumçusu Aruna Kone penalti zərbəsi ilə hesabı bərabərləşdirib. 

Hazırda oyunda 1:1 hesablı bərabərlik davam edir. 

***

22:38

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Qarabağ” - “Sivasspor” matçında hesab açılıb. 

Oyunun 8-ci dəqiqəsində “Qarabağ”ın hücumçusu Abdullah Zubir rəqibi məyus edib. 

Ağdam təmsilçisinin 1:0 hesablı üstünlüyü davam edir.

***

22:02

UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə "Qarabağ" və "Sivasspor" komandaları arasında oyun start götürüb.

Axeber.az-ın məlumatına görə, İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda oynanılan qarşılaşma Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü ilə bağlı 1 dəqiqəlik sükutla başlayıb.