“Qarabağ” “Keşlə” ilə bərabərə qaldı - VİDEO

“Qarabağ” “Keşlə” ilə bərabərə qaldı - VİDEO

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 14-cü tura start verilib.

Axeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, turunun açılış matçında lider “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Keşlə”ni qəbul edib.

Oyunda hesabı ağdamlılar açsa da, üstünlüyünü sona qədər qoruya bilməyib. Qarşılaşma 2:2 hesabıyla başa çatıb.

Azərbaycan Premyer Liqası

14-cü tur
6 dekabr

“Qarabağ” - “Keşlə” - 2:2

Qol: Dani Kintana, 4, Mahir Emreli, 45 - Hacıağa Hacılı, 40 (Öz qapısına) - Tural Bayramlı, 47
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, İnqilab Məmmədov.
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.