"Qarabağ" və "Sivasspor" start heyətini açıqlandı

"Qarabağ" və "Sivasspor" start heyətini açıqlandı

Avropa Liqasının IV turunun “Qarabağ” (Azərbaycan) - “Sivasspor” (Türkiyə) oyununun iştirak ərizələri açıqlanıb.
 
Axeber.az xəbər verir ki, İ qrupunun bu gün keçiriləcək matçı ərəfəsində hər iki komandanın start heyəti və ehtiyat oyunçuları bəlli olub.

Baş məşqçilər Qurban Qurbanov və Rza Çalımbay İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda təşkil olunacaq qarşılaşmada güvənəcəyi heyəti müəyyənləşdirib.

Avropa Liqası
İ qrupu, IV tur
26 noyabr
21:55. “Qarabağ” (Azərbaycan) - “Sivasspor” (Türkiyə)
Baş hakim: Yakob Kehlet (Danimarkar)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 2. Qara Qarayev, 77. Vild-Donald Gerye, 44. Elvin Cəfərquliyev, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 27. Tural Bayramov, 7. Ovusu Kvabena, 10. Abdullah Zubir, 11. Mahir Emreli
“Sivasspor”: 30. Mamadu Samassa, 88. Caner Osmanpaşa, 4. Aaron Appindanqoye, 3. Uğur Çiftçi, 87. Marselo Qoyano, 8. Robin Yalçın, 6. Klaudemir, 29. Kasimir Rodriqe Ninqa, 7. Maks-Alain Qradel, 10. Yasin Öztəkin, 2. Aruna Kone