“Qarabağ”ın futbolçusunun qolu ən yaxşı adına namizəd oldu - VİDEO

“Qarabağ”ın futbolçusunun qolu ən yaxşı adına namizəd oldu - VİDEO

Konfrans Liqasında qrup mərhələsinin 2-ci turundan sonra həftənin ən yaxşı qolu adına namizədlər müəyyənləşib.

Axeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, namizədlər arasında “Qarabağ”ın futbolçusu Kadi Borqesin “Omoniya” ilə görüşün 53-cü dəqiqəsində vurduğu ilk qol da var.

Həmçinin “Alaşkert”dən Aleksandar Qlişiçin HİK-ə, “Vittes”dən Maksimilian Vittekin “Renn”ə və “Mura”dan Ziqa Kousun “Tottenhem”ə vurduğu qollar da ən yaxşılar sırasında yer alıb. Qalib UEFA-nın saytında azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.