"Qarabağın işğaldan azad olunmasını uğurla yekunlaşdırdıq" - Ərdoğan

"Qarabağın işğaldan azad olunmasını uğurla yekunlaşdırdıq" - Ərdoğan

“Şükürlər olsun ki, Dağlıq Qarabağın işğaldan azad olunması başda olmaqla, bütün təşəbbüsləri uğurla yekunlaşdırdıq”.

Axeber.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Bütün bu addımları atarkən heç vaxt işğalçı və təxribatçı düşüncə ilə hərəkət etmirdik, etmirik də. Heç bir ölkənin torpağında, dənizində, suverenliyində gözümüz yoxdur. Biz sadəcə “Hazır ol cəngə əgər istər isən sülh-ü salah” (“Sülh istəyirsənsə, müharibəyə hazır ol”) deyən əcdadın rəhbərliyi altında vətənimizi və haqlarımızı qorumağa çalışırıq”, - o bildirib.