Qarlı havada yıxılaraq xəsarət alanların sayı 39-a çatdı

Qarlı havada yıxılaraq xəsarət alanların sayı 39-a çatdı

Bu gün saat 18:00-a qədər olan məlumata əsasən, hava şəraiti ilə əlaqədar 39 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.

Bu barədə Axeber.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.