“Qazaxıstana hər cür dəstək verəcəyik” - TBMM

“Qazaxıstana hər cür dəstək verəcəyik” - TBMM

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və AK Partiya, CHP, MHP və İyi Partiyası tərəfindən Qazaxıstana dəstək mesajı yayımlanıb.

Axeber.az xəbər verir ki, mesajda Türkiyənin Qazaxıstana hər cür dəstəyi davam etdirəcəyi vurğulanıb.

"Qardaş Qazaxıstanda baş verən son hadisələri narahatlıqla izləyirik. Qazaxıstanın sabitliyi və əmin-amanlığı bizim üçün ölkəmizin sülhü və əmin-amanlığı qədər vacibdir. Hadisələrin sakitləşməyə başlaması və ölkədə vəziyyətin yaxşılaşması bizi sevindirir. Qazaxıstan xalqının sağlam düşüncəsi və administrasiyanın tədbirli münasibəti sayəsində normal vəziyyətə qayıtmağa başladı. Ölən qazax qardaşlarımıza Allahdan rəhmət, kədərli yaxınlarına başsağlığı və səbr, yaralılara isə tezliklə şəfa diləyirik. Biz insan həyatına təhlükə yaradan, ictimai asayişi pozan və əmlaka ziyan vuran zorakılıq hərəkətlərini pisləyirik. Biz Qazaxıstan hökumətinin xalqın rifahını daha da yaxşılaşdırmaq üçün islahatlar proqramını dəstəkləyirik. Qazi Məclisimiz 15 iyul xain çevriliş cəhdi zamanı Qazaxıstan hakimiyyətinin göstərdiyi həmrəyliyi unutmayacaq. Müstəqilliyinin ilk günündən Qazaxıstanın yanında olan Türkiyə, ümumilikdə region üçün həyati əhəmiyyət kəsb edən Qazaxıstanın sülh və sabitliyi üçün hər cür dəstəyi verməyə davam edəcək”, - bəyanatda qeyd edilib.