Qəzada həlak olan pilotla vida mərasimi keçirilir - Fotolar

Qəzada həlak olan pilotla vida mərasimi keçirilir - Fotolar

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevlə yaşadığı evdə vida mərasimi başlayıb. 

Axeber bildirir  ki, mərhumla vida mərasimində qohumları, ailə üzvləri və hərbçi dostları iştirak edir.

Onun nəşi 27 gündən sonra - dünən tapılaraq ailəsinə təhvil verilib. 

Qeyd edək ki, bu gün saat 10:00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək. R. Atakişiyevin cənazəsi II Fəxri Xiyabanda dəfn olunacaq.

 

mənbə : qafqazinfo