"Qoşulmama Hərəkatının dünya siyasi sistemində aktiv rolu artıq zərurətə çevrilib"

"Qoşulmama Hərəkatının dünya siyasi sistemində aktiv rolu artıq zərurətə çevrilib"

“Qoşulmama Hərəkatının dünya siyasi sistemində aktiv rol oynaması artıq zərurətə çevrilib”. 

Axeber.az-ın məlumatıba görə, bu sözləri politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransındakı çıxışı ilə əlaqədar danışarkən deyib.

O bildirib ki, Azərbaycanın xarici  siyasət strategiyasında parlament diplomatiyasının özünəməxsus yeri var. Buna sübut olaraq Avropa Parlament Birliyi, ATƏT Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası, MDB Parlament Assambleyası, Asiya Parlament Assamleyası, Avronest Parlament Assamleyası, Baltik Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, GUAM Parlament Assambleyası, Türkdilli Ölkələrin Parlament Assambleyası, Parlamentlərarası İttifaq, NATO Parlament Assambleyasında Azərbaycanın iştirakını göstərə bilərik.

"Azərbaycan parlamenti həm də parlamentlərarası təşkilatların yaradılmasında da fəal iştirak edir. Bu baxımdan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasında Azərbaycan Respublikası Milli Məclisinin fəal iştirakı qeyd olunmalıdır.

Bütün bunlar olduqca təqdirəlayiqdir. Çünki istənilən Beynəlxalq Platformada iştirak ilk növbədə ölkəmizin milli maraqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Qoşulmama Hərəkatındakı fəaliyyət də xüsusi önəm daşıyır. Bu hərəkatın Azərbaycanın dünyada mövqelərinin möhkəmlənməsində, nüfuzunun yüksəlməsində mühüm rolu olduğu bir fatdır. Özündə 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük təsisatdır və dünyanın müxtəlif regionlarını əhatə edir. Lakin açıq etiraf etmək lazımdır ki, Qoşulmama Hərəkəta bir təsisat olaraq məhz Prezident İlham Əliyevin sədrliyi dövründə öz nüfuzunu daha da artırmağa nail olub. Elə 2023-ci ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması da bunun ən bariz sübutudur.

Qoşulmama Hərəkatının fəaliyyətinin təməlində Bandunq prinsipləri dayanır və bu prinsip hər zaman öz aktuallığını qoruyub saxlamaqdadır. Bandunq prinsiplərində əsas məqsəd dünyada sülh və təhlükəsizliyin təmin olunması, dövlətlərin suveren hüquqlarına, ərazi bütövlüyünə hörmət, daxili işlərinə qarışmamaq və sair məsələlərdir. Elə cənab Prezident də son toplantıdakı çıxışında bu məqama xüsusi diqqət ayıraraq üzv ölkələrin potensialının səfərbər edilməsi, həmrəyliyin gücləndirilməsi və vahid mövqedən çıxış etmənin əhəmiyyətinə toxundu. Cənab Prezident Qoşulmama Hərəkatının üzv ölkələr arasında mövcud olan problemləri həll etmək üçün bir platforma rolu oynaya biləcəyini dedi və bu da çox önəmlidir. Çünki Azərbaycan özü də zamanında bir çox problemlərlə üzləşib və beynəlxaq təsisatların mövcud problemlərin həlli istiqamətində konkret addımlar atmamasından əziyyət çəkib. Elə cənab Prezident də bu məqama diqqət yönəldərək zamanında Qarabağ problemi ilə bağlı yaradılmış ATƏT Minsk Qrupunun fəaliyyətsizliyi və nəticə etibaril həmin qrupun münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildiyini bildirdi". 

Politoloq qeyd edib ki, Cənab Prezident çıxışında növbəti dəfə Minsk Qrupuna artıq ehtiyac olmadığını bildirərək, həm Ermənistana, həm də Minsk Qrupu həyata qaytarmağa çalışanlara bunun mümkün olmayacağı ilə bağlı mesaj vermiş oldu: "Prezidentin çıxışında vacib məqamlardan biri də Qoşulmama Hərəkatının təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, həm də beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma ola biləcəyi ilə bağlı verdiyi mesaj oldu. Həqiqətən ölkəmizin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına yönəlib. Ümumiyyətlə, onu da qeyd edim ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi irəli sürülmüş yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs Gənclər Şəbəkəsidir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır. Cənab Prezident çıxışında gələn ay Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammitinin keçiriləcəyinin anonsunu da verdi.

Təbii ki, istər Parlament Şəbəkəsinin yaradılması, istər Gənclər Şəbəkəsinin yaradılması, istə Qoşulmama Hərəkatının Nyu Yorkda Dəstək Ofisinin aşılması ilə bağlı təşəbbüslər Qoşulmama Hərəkatının daha da güclənməsinə öz müsbət töhfəsini verəcəkdir. Çünki Qoşulmama Hərəkatının dünya siyasi sistemində aktiv rol oynaması artıq zərurətə çevrilib”.