Qusarda yanğında xəsarət alanlardan 5-i Bakıya gətirilir

Qusarda yanğında xəsarət alanlardan 5-i Bakıya gətirilir

Qusar rayonunda yerləşən "Park Qusar" istirahət mərkəzində baş verən yanğında xəsarət alanlar Bakıya gətirilir.

Bu barədə Axeber.az-a TƏBİB-dən bildirilib.

Qeyd edilir ki, yanğınla əlaqədar TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 

Xəsarət alanlardan 5-i Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur. Bir nəfərin müalicəsinə isə Qusar Rayon Mərkəzi Xəstəxanasında davam edilir. 

Xəsarət alanlardan ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir. 

Qeyd edək ki, yanğın nəticəsində xəsarət alanlardan 4-ü hadisə yerində dünyasını dəyişib.