Radomir Antiç dünyasını dəyişdi

Radomir Antiç dünyasını dəyişdi

Məşhur yuqoslaviyalı futbol məşqçisi Radomir Antiç 72 yaşında dünyasını dəyişib.

Axeber.az bildirir ki, mütəxəssisin ölümü barədə məlumatı Madrid “Atletiko”sunun mətbuat xidməti yayıb. Antiçin ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, Antiç “Atletiko” ilə yanaşı, “Real”, “Barselona”, “Saraqosa”, “Ovyedo”, “Selta” və Çinin “Şandun Lunen” klublarında işləyib. 2008-2010-cu illərdə Serbiya yığmasına rəhbərlik edib. //qafqazinfo