Rahidə canlı efirdə ilk dəfə çətin həyatından DANIŞDI: “Bacı-qardaşıma mən baxırdım” - VİDEO - FOTO

Rahidə canlı efirdə ilk dəfə çətin həyatından DANIŞDI: “Bacı-qardaşıma mən baxırdım” - VİDEO - FOTO

ARB TV-nin "Elgizlə İzlə" verilişində müğənni Rahidə Baxışova qonaq olub.

İfaçı keçmişi ilə bağlı maraqlı açıqlamalar edib:

"Anam xəstəxanada idi. Evin böyük uşağı mən olduğum üçün bacıma və qardaşlarıma mən baxırdım. Onlara analıq edirdim. Evdə bir kisə un vardı. Ondan xaşıl bişirdim. Dadsız olduğundan qardaşlarım yemirdi. Dedim ki, yeməsəniz ac qalacaqsız, yeyin. Çətinliyin nə olduğunu çox yaxşı bilirəm".