Ramil Səfərovla erməninin səsyazısı ortaya çıxdı - MƏTN

Ramil Səfərovla erməninin səsyazısı ortaya çıxdı - MƏTN

Bu yazı 2012-ci ildə "Gündəlik Teleqraf" qəzetində dərc ediləndən üç gün sonra Ramil Səfərov qəfil azad olunaraq, Bakıya gətirildi. Yazını avqustun 27-də yazmışam, Ramil isə avqustun 31-də Vətənə ekstradisiya edildi. Yadımdadı, redaksiyada bayram əhvalı yaranmışdı. Məqalədə Ramilin o qətli necə və nəyə görə törətməsini dəqiq faklarla yazmışam.


Yazının adı belə idi: RAMİL NECƏ BALTALADI?

Macarıstanın Kozma həbsxanasında Ramil Səfərov adlı bir igid oğlumuz çürüyür.

Cəbrayıl rayonu işğal olunandan sonra Ramilgilin ailəsi Bakıya köçür. 14 yaşlı Ramil Naxçıvanski adına hərbi liseyə daxil olur. Bacarığına və yüksək savadına görə onu Müdafiə Nazirliyinin sərəncamı ilə Türkiyənin İzmir şəhərində yerləşən Maltəpə hərbi litseyində təhsilini davam etdirməyə göndərirlər. Burada 4 il təhsil aldıqdan sonra Ankara Ali Hərbi Okuluna qəbul olur.

Ali Hərbi məktəbi əla qiymətlərlə bitirən Ramil Səfərov Türkiyənin özündə və Şimali Kiprdə hərbi sınaqdan keçir. Sınaq dövrünü müvəffəqiyyətlə başa vuran Ramil Vətənə dönür. Müdafiə Nazirliyi onu təcrübəli zabit kimi Gədəbəy sərhəd bölgəsinə göndərir. İngilis dilini bildiyinə görə onu NATO proqramı çərçivəsində Macarıstana, hərbi təkmilləşmə kursuna göndərirlər. Azərbaycanın hərb tarixində çox qiymətli yeri olacaq bu gəncin faciəsi də elə buradan başlayır.

NATO-nun bu proqramı çərçivəsində keçirilən kurslarda dünyanın bir çox ölkəsinin zabitləri, eləcə də Ermənistandan Qurgen Markaryan Ramillə birgə təhsil alırmış. İstintaq materiallarından, şahidlərin söyləmələrindən və Ramil Səfərovun özünün verdiyi ifadədən məlum olur ki, həmin erməni zabiti hər fürsətdə soydaşımızı başqa millətlərin zabitləri yanında aşağılamağa çalışırmış. Erməni Markaryan, torpaqları qoyub qaçmağımız, qorxaq olduğumuz haqda uzun-uzadı danışaraq Ramilin əsəbləri ilə oynayırmış. Ramilin dəfələrlə onu xəbərdar etməsinə baxmayaraq, erməni dil boğaza qoymurmuş. Ramil isə hər dəfə onun hədyanlarına tutarlı cavab verir, Qarabağ müharibəsində Rusiya qoşunlarının ermənilərin yerinə vuruşduqlarını xatırladıb, onun yersiz ədalarının qarşısını alırmış.

Belə polemikalarda uduzan erməni bir gün Ramillə mübahisədə təhqirə keçir. M üharibə dövründə çoxlu sayda qadınlarımızın erməni əsgərləri tərəfindən əsr götürüldüyünü deyərək, Ramilə həqarətlər yağdırır. Ramil onun bu sözlərinin cəfəngiyat olduğunu desə də, erməni soyumaq bilmir.
Bir gün Markaryan hər səhər çəkməsini Azərbaycan bayrağı ilə təmizlədiyini, bu hərəkətilə Azərbaycan dövlətini, xalqını təhqir etdiyini söyləyir. Erməninin sonuncu təhqirinə dözməyən Azərbaycan zabiti düşmənin layiqli cavabını vermək üçün onu öldürmək qərarına gəlir. Ramil yaxşı bilirdi ki, digər zabitlərin yanında it kimi şitlənən bu yekəpər erməni zabiti təklikdə qorxağın birinə çevrilir. 

Gecə yatmaq vədəsində Ramil diktofon və paltarının altında gizlətdiyi balta ilə Markaryanın otağına gəlir və otaqda erməni ilə söhbətləşən macar zabitindən onları tək qoymasını xahiş edir. Ramillə təkbətək söhbətdən qorxan erməni, macar zabitinin otaqda qalmasını istəyir. Lakin Ramil macara bu söhbətin yalnız ikisinə aid olduğunu başa salır.

Erməni Ramilin üzündəki ifadədən anlayır ki, məsələ çox ciddidir. Ramil baltanı çıxararaq erməni zabitinin indiyə qədər danışdığı həqarətlərə görə üzr istəməsini tələb edir. Erməni gülərək, Ramili sakitləşdirib aradan çıxmaq istəyir. Ayağa qalxıb otağı tərk etmək istəyərkən Ramil balta ilə onun qarşısını kəsir. Özünü itirən qorxaq erməni zabiti Ramilə yalvararaq, elədiyi həqarətləri bir zarafat kimi qələmə vermək istəyir. Ramil isə ona: “Mənim səninlə belə zarafatım yoxdu, biz düşmən millətlərik, müharibəmiz də hələ davam eləyir, erməni vəhşilərinin ruslara arxalanıb başımıza gətirdikləri müsibətlər uşaqlıqdan hafizəmə həkk olunub. Mən zabitlik məktəbini yalnız qisasçılıq üçün seçmişəm. İndi bu diktofonu işə salıram. Mənim xalqımı təhqir etdiyinə görə üzr istəməlisən və dediklərinin öz xalqın haqda olduğunu burda öz dilinlə deməlisən!”,- deyir.

Erməni diktofon qarşısında bayrağa və təhqir etdiyi şəhidlərimizə görə üzr istəyir. Sonra da ucadan öz millətini təhqir eləyir. Ramil ona: “Güllə ilə öldürmək səni şərəfləndirərdi! Sən murdar bir vəhşi kimi yalnız baltalanmalısan! Mənim bayrağımı təhqir edən və qorxusundan dönüb öz millətini söyən bir zabitin yaşamaq haqqı yoxdu!”- deyib, onu baltalayır...

P.S. Yazdakı faktlar jurnalist xanım Arzu Abdullanın Ramin Səfərovun doğum günü ərəfəsində atası Sahib Səfərovdan "Gündəlik Teleqraf" qəzeti üçün aldığı müsahibədən götürülüb. Atasının söylədiyinə görə diktofon yazısını Ramil görüşlərin birində azərbaycanlı vəkili Adil İsmayılova verib və həmin səs yazısını atası şəxsən dinləyib. (azvision.az)

Loading...