Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi

Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilib.

APA xəbər verir ki, bu gün AKİ-nin idarə heyətinin ümumi iclası keçirilib.

Bir müddət əvvəl mərhum Rüstəm İbrahimbəyovun yerinə namizədliyi təqdim olunan Rasim Balayev iclas iştirakçılarının yekdil səsi ilə sədr vəzifəsinə seçilib.

Qeyd edək ki, AKİ-nin əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.