Rayonlara avtobuslarla gediş -gəliş bərpa olunur? - RƏSMİ

Rayonlara avtobuslarla gediş -gəliş bərpa olunur? - RƏSMİ

Rayonlara avtobuslarla gediş -gəlişin nə zaman bərpa olunacağı məsələsi bugün bəlkə də hər kəsi maraqlandırır desək yanılmarıq.

Axeber.az metbuat.az-a istinadən bildirir ki, bu barədə açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, bununla bağlı birmənalı şəkildə deyə bilərik ki, hazırda bu məsələ gündəmdə deyil.

“Həm Bakıda həm də izolyasiya olunmuş regionlarda yoluxma sayının çox olması bugün gediş-gəlişin bərpa olunmasına imkan yaratmır. Amma istisna hallarda məsələn həkimə qəbulunda olmaq, əməliyyat olunmaq üçün Bakıya gəlməli olan vətəndaşlarımıza köməklik göstərilir. Onlar DİN-nə müraciət edərək icazə alıb Bakıya gəlib işlərini görə bilərlər. Amma sırf istirahət üçün rayonlara getmək istəyən insanlara bir az səbrli olub qaydalara əməl etməyə çağırıram. Hazırki, xaotik vəziyyətdə rayonlara gediş-gəlişin bərpası mümkün deyil ”