Rayonlara gediş-gəliş bu tarixdən açıla bilər - RƏSMİ

Rayonlara gediş-gəliş bu tarixdən açıla bilər - RƏSMİ

Növbəti mərhələdə, avqustun 17-dən sonra rayonlara gediş-gəlişin bərpa edilməsi müzakirə olunur. Bu addımların atılması epidimioloji vəziyyətdən asılı olacaq.

Axeber.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir. 

Brifinqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva iştirak edir. 

Konfransda ölkədə elan olunan karantin rejiminin yenidən yumşaldılması ilə bağlı məlumat verilir.