"Real Madrid"in əsas futbolçuları "İnter"lə matçı buraxacaq

"Real Madrid"in əsas futbolçuları "İnter"lə matçı buraxacaq

İspaniyanın "Real Madrid" komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçına ciddi itkilərlə çıxacaq.

Axeber.az paytaxt təmsilçisinin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, komandanın əsas hücumçusu Kərim Benzema və kapitan Serxio Ramos zədəli olduqları üçün İtaliya "İnter"i ilə matçın heyətinə daxil edilməyib.

Digər müdafiəçi Eder Militauda koronavirus aşkarlanıb. Həmçinin hücumçu Luka Yoviç, yarımmüdafiəçi Federiko Valverde və müdafiəçi Alvaro Odriosola sıradan çıxıb.

Qeyd edək ki, İnter - "Real Madrid" matçı noyabrın 25-də keçiriləcək.