Rusiya hipersəsli raketini sınaqdan keçirdi - VİDEO

Rusiya hipersəsli raketini sınaqdan keçirdi - VİDEO

Rusiya Şimal Buzlu Okeanın sularında hipersəsli "Zirkon" raketini sınaqdan keçirib. 

Axeber.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib. 

Məlumata əsasən, raket 450 km məsafəni qət edərək, hədəfi dəqiqliklə məhv edib.  Qeyd edək ki, raketin sınaq mərhələsi başa çatdıqdan sonra, hipersəs kompleksi Rusiya Dəniz Qüvvələrinin istifadəsinə veriləcək.