Rusiya Qoşulmama Hərəkatına müşahidəçi statusu üçün müraciət etdi

Rusiya Qoşulmama Hərəkatına müşahidəçi statusu üçün müraciət etdi

Rusiya Qoşulmama Beynəlxalq Hərəkatında müşahidəçi statusu almaq üçün müraciət edib.

Axeber.az APA-ya istinadən bikdirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Qeyd edək ki, Qoşulmama Hərəkatı (Non-Aligned Movement - NAM) formal olaraq heç bir bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır.

Hərəkatın yaradılması ideyası 1955-ci ildə İndoneziyada Bandonq konfransında irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan olunub.

Təşkilata hazırda Azərbaycan rəhbərlik edir.