Rusiya səfirliyindən Gəncədə raket zərbəsi nəticəsində xəsarət alaraq xəstəxanada ölən yeniyetmə ilə bağlı açıqlama

Rusiya səfirliyindən Gəncədə raket zərbəsi nəticəsində xəsarət alaraq xəstəxanada ölən yeniyetmə ilə bağlı açıqlama

17 oktyabrda raket zərbəsi nəticəsində xəsarət almış Rusiya Federasiyasının vətəndaşı 2007-ci il təvəllüdlü Artur Mayakov bu gün Gəncə şəhərində yerləşən xəstəxanada vəfat edib.

Axeber.az-ın xəbərinə görə, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin “Twitter” hesabında bildirilib.

“Səfirlik mərhumun qohumları və yaxınları ilə təmasdadır və onlara dərin hüznlə başsağlığı veririk”, - deyə qeyd olunub.