Rusiya Təhlükəsizlik Şurasının iclasında Qarabağdakı vəziyyət müzakirə olunub

Rusiya Təhlükəsizlik Şurasının iclasında Qarabağdakı vəziyyət müzakirə olunub

Avqustun 4-də Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirədə Qarabağda vəziyyətin kəskinləşməsini müzakirə edib.

Axeber.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət müzakirə olunub. Üçtərəfli sazişin bütün müddəalarının təcili həyata keçirilməsinin zəruriliyi vurğulanıb”, - o qeyd edib.