Rusiya XİN Azərbaycanın notasına cavab verdi

Rusiya XİN Azərbaycanın notasına cavab verdi

“Adıçəkilən şəxslərin bu səfəri həyata keçirilsə belə, sırf şəxsi xarakter daşıyıb. Bu nə Rusiya qanunlarına, nə mövcud beynəlxalq razılaşmalara, nə də Dağlıq Qarabağ münaqişəsinin həllindəki Rusiyanın vəzifələrinə zidd deyil. Rusiya Federasiyasının rəsmi şəxslərilə hər hansı görüş keçirilməyib”.

Axeber.az bildirir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin Dağlıq Qarabağda işğalçı Ermənistanın qurduğu separatçı rejimin nümayəndələri Masis Mayilyan və Lernik Hovhannisyanın Moskvaya səfərilə bağlı bəyanatında yer alıb.

Bəyanatda Rusiyanın qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımadığına görə qanunsuz rejimin “nümayəndələrinin” rəsmi qurumlar tərəfindən suveren dövlətin diplomatik missiyası qismində qeydiyyata alınmadığı da qeyd olunub.

“Biz öz tərəfimizdən həm ATƏT-in Dağlıq Qarabağ məsələsinə dair Minsk qrupu həmsədrlərindən biri kimi, həm də milli baxımdan Azərbaycan və Ermənistanla münasibətlərimizi nəzərə alaraq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bundan sonra da dəstək verəcəyik”, - Rusiya XİN-in bəyanatında bildirilir.

Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycan Rusiyaya nota verib.