Rusiya XİN: "Türkiyə və Ermənistan nümayəndələri konstruktiv dialoq aparmağa razılaşıblar"

Rusiya XİN: "Türkiyə və Ermənistan nümayəndələri konstruktiv dialoq aparmağa razılaşıblar"

“Türkiyə və Ermənistanın danışıqlar üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan apardıqları danışıqlardan sonra ortaq nöqtələri müəyyən etmək üçün konstruktiv və qeyri-siyasi şəkildə dialoq aparmağa razılaşıblar”.

Axeber.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“İki ölkə xalqlarının rifahı, regionun sabitliyi və iqtisadi çiçəklənməsi naminə təmas nöqtələrin arayışının davam etdirilməsi razılaşdırılıb”, - nazirlik bildirib.

Qeyd olunub ki, görüş Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun vasitəçiliyi ilə baş tutub.