Rusiyada COVID-19-a yoluxanların sayı 600 mini ötdü

Rusiyada COVID-19-a yoluxanların sayı 600 mini ötdü

Rusiyada son sutka ərzində daha 7 176 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Axeber.az-ın məlumatına görə, Rusiyada COVID-19-a yoluxanların sayı 606 881 nəfərə çatıb.

Son sutka ərzində 154 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 8 513 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 368 822 nəfərdir.