Rusiyada təyyarə quşlarla toqquşdu - 10 yaralı

Rusiyada təyyarə quşlarla toqquşdu - 10 yaralı

Rusiyada sərnişin təyyarəsi quş sürüsü ilə toqquşub.

Moskvanın Jukovski limanından qalxan hava gəmisi qısa müddət sonra təcili eniş edib. 

Bildirilib ki, quşlardan bir neçəsi nəqliyyat vasitəsinin motoruna girib. 

"Airbus A321" markalı təyyarədə 226 sərnişinin olduğu qeyd edilib. Onlardan 10-u yaralanıb, 4-ü təcili olaraq xəstəxanaya aparılıb. (qafqazinfo)

Axeber.az