Rusiyada universitetə silahlı basqın olub, ölən və yaralananlar var - VİDEO

Rusiyada universitetə silahlı basqın olub, ölən və yaralananlar var - VİDEO

Rusiyanın Perm Dövlət Universitetinə silahlı basqın olub.

Axeber.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Məlumata görə, silah səsləri tələbələr arasında təlaşa səbəb olub. Onlar özlərini pəncərələrdən atıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.