Rusiyalı deputat iclasdan sonra öldü

Rusiyalı deputat iclasdan sonra öldü

Millət vəkili Aleksandr Şalayev Rusiyanın Perm əyalətində sosial siyasət komitəsinin iclasından sonra ölüb.

Axeber.az bildirir ki, deputatlar iclas zamanı sualların çoxluğundan uzun müddət oturmalı olublar. İclasdan sonra 53 yaşlı Şalayev kafeyə nahar etməyə yollanıb. Ancaq qəfil halı pisləşdiyindən təcili yardım çağrılıb.

Deputatın həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, millət vəkilinin ölümünə səbəb infarkt keçirməsi olub.

Mənbə: Qafqazinfo