Röya efirdə dava etdiyi məşhur aparıcı ilə belə barışdı - VİDEO

Röya efirdə dava etdiyi məşhur aparıcı ilə belə barışdı - VİDEO

Xalq artisti Röya Ayxanla aparıcı Hüsniyə Məhərrəmova arasında davam edən soyuqluq bitib. 

Axeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki,  müğənni üç il bundən əvvəl “5-ci element” proqramında yaranan söz davasından sonra  Hüsniyənin proqramında qonaq olub.

Röya “Bir Aztv” verilişinin çəkilişlərində iştirak edib. O, görüntülərini instaqram səhifəsində paylaşıb.
 
Xatırladaq ki,aparıcının “5-ci element” verilişində qonaq olan sənətçiyə ünvanladığı suallar qarşı tərəfi əsəbiləşdirib. Hüsniyə Röyanın eyni üslubda oxumağını tənqid etmişdi. Sənətçi isə sözügedən açıqlama ilə razılaşmamışdı.