Sabirabaddakı qəzada ölənlərin sayı 3-ə çatdı - Yenilənib
Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb. Baş vermiş qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hər iki meyit müayinə olunmaq üçün Sabirabaddakı məhkəmə tibbi ekspertizaya göndərilib. Xəsarət alanlardan iki nəfər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Bunlar 1955-ci il təvəllüdlü Xudiyev Əliibrahim Əliş oğlu, 1987-ci il təvəllüdlü Dövlətov Nicat İbadulla oğludur. Daha 1 nəfər Şirvan Mərkəzi Xəstəxanasına çatdırılıb.
***
Açıq kəllə-beyin travması ilə Şirvan Mərkəzi Xəstəxanasına çatdırılan 1961-ci il təvəllüdlü Səmayə Muradova həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib. (report)
Axeber.az