Sahibə Qafarova BMT Baş Assambleyasında Ermənistanın ekoloji terrorundan danışıb

Sahibə Qafarova BMT Baş Assambleyasında Ermənistanın ekoloji terrorundan danışıb

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizi Ermənistan tərəfindən ekoloji terrora məruz qalıb.

Bunu Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova BMT Baş Assambleyasının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaqda transformativ həll yolu kimi sıfır tullantıların roluna dair yüksək səviyyəli iclasındakı çıxışında deyib.

S.Qafarova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə çağırılan yüksək səviyyəli iclasda iştirakından məmnunluğunu ifadə edib: "BMT Baş Assambleyasının bəşəriyyətin üzləşdiyi bütün davamlı çağırışların belə mühüm məsələsinə həsr olunmuş yüksək səviyyəli iclasında çıxış etmək mənim üçün çox xoşdur. Əminə Ərdoğanın irəli sürdüyü bu təşəbbüsün kontekstində dünyanı indiki və gələcək nəsillər naminə yaşamaq üçün daha yaxşı yerə çevirmək bizim ümumi məsuliyyətimizdir. Sevindirici haldır ki, 2017-ci ildə Türkiyənin milli səviyyəli təşəbbüsü bu gün BMT Baş Assambleyasının qətnaməsi şəklində dünya səviyyəsində dəstək aldığını müşahidə edirik.

Azərbaycan Respublikası qətnaməyə öz dəstəyini dünya üçün sıfır tullantıya dair Qlobal İqlim Öhdəliyi haqqında Bəyannaməyə sponsorluqla nümayiş etdirdi".