Şamaxıda keçmiş məhkum daşla öldürüldü

Şamaxıda keçmiş məhkum daşla öldürüldü

Şamaxıda mübahisə zamanı keçmiş məhkum öldürülüb.

DİN-in Mətbuat xidmətindən Axeber.az-a bildirilib ki, hadisə ötən gecə baş verib. Rayon sakini, əvvəllər məhkum olunmuş Şəfayət Hacıyev bıçaqla və daşla vurularaq qətlə yetirilib.

Araşdırmalarla Ş.Hacıyevin M.Rizvanov tərəfindən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. M.Rizvanov “isti izlər”lə tutulub, istintaq tədbirləri davam etdirilir.