AB Suriyaya qarşı sanksiyaları genişləndirdi

AB Suriyaya qarşı sanksiyaları genişləndirdi

Avropa Birliyi (AB) Suriyada Bəşər Əsəd rejiminə qarşı sanksiya siyahısını genişləndirib.

Axeber.az bildirir ki, Suriyanın 8 iş adamı və 2 şirkəti “qara siyahı”ya salınıb. Siyahıya salınanlar Suriyadan qaçqın düşmüş vətəndaşların ərazilərində Əsəd rejiminin mənfəətinə xidmət edən layihələr hazırladıqları üçün sanksiya siyahısına daxil ediliblər.

Beləliklə də, AB-nin mal varlığını dondurduğu və səyahət qadağası qoyduğu suriyalıların sayı 277-yə, şirkətlərin sayı isə 71-ə yüksəlib. //qafqazinfo