Satınalmalarla bağlı bəzi məsələlər hökuməti qane etmir - Samir Şərifov

Satınalmalarla bağlı bəzi məsələlər hökuməti qane etmir - Samir Şərifov

Satınalmalarla bağlı qaldırılan bəzi məsələlər hökuməti də qane etmir.

Axeber.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Satınalmalarla bağlı qaldırılan bəzi məsələlərin hökuməti də qane etmədiyini qeyd edən nazir bu sahənin təkmilləşdirlməsi istiqamətində işlər aparıldığını deyib. Subsidiyalardan, xüsusən aqrar sahənin subsidiyalaşmasından və hökumətin bu sahədən gözləntilərindən danışan nazir subsidiya həcmlərinin artmasının gətirə biləcəyi risklərin hökumətin də gündəliyində olduğunu bildirib.

Loading...