Səfər Mehdiyev: “Dövlət Gömrük Komitəsi büdcə öhdəliyinə 111% əməl edib”

Səfər Mehdiyev: “Dövlət Gömrük Komitəsi büdcə öhdəliyinə 111% əməl edib”

Bu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsi dövlət büdcəsi qarşısında öhdəliyinə 111,2% əməl edib.

Axeber.az xəbər verir ki, bunu Komitənin sədri Səfər Mehdiyev bildirib.

Onun sözlərinə görə, büdcəyə proqnozdan əlavə 396,3 milyon manat vəsait köçürülüb.