Şəhid Yaşar Babayevin anası: "Axı o, uşaq yolu gözləyirdi" - VİDEO

Şəhid Yaşar Babayevin anası: "Axı o, uşaq yolu gözləyirdi" - VİDEO

“Yaşar həyat yoldaşını xəstəxanaya aparmaq üçün 10 günlük məzuniyyət götürmüşdü. Axşam tərəfi mənə dedi ki, “mama mən hərbi hissəyə getmək istəyirəm”. Yalvardım ki, sən məzuniyyətdəsən niyə gedirsən? Mərmilərin səsindən evimiz silkələnirdi. Bildirdim ki, sənin həyat yodaşın əməliyyat olunacaq, övladın dünyaya gələcək. Dedim ki, 8 ildir sənin övladın olmur, bala. “Yox, mən gedib, gələcəm, mama” deyib taksi çağırdı”.

Axeber.az bildirir ki, bunu şəhid gizir Yaşar Babayevin anası Firəngiz Babayeva bildirib.

Kanal Nasibli “youtube” kanalı qəhrəmanımız haqqında video hazırlayıb.

Qeyd edək ki, Ağstafa rayon Köçəsgər kənd sakini, 1987-ci il təvəllüdlü gizir Babayev Yaşar Vasif oğlu Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olub. O, iyulun 15-də doğulduğu kənddə torpağa tapşırılıb.